Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.
Bizim.Media xəbər verir ki, müzakirələr bir saat davam edib.
Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.
12.41***
Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, “Regnum Carya” hotelində keçirilir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə VACİB GÖRÜŞ: Ukrayna və Rusiya XİN başçıları bir araya gəlir
Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaqlar.
Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Bizim.Media