Rusiyada helikopter qəzasında ölən azərbaycanlı jurnalistin nəşini ölkəyə gətirmək olmur

Hazırda oxunan: Rusiyada helikopter qəzasında ölən azərbaycanlı jurnalistin nəşini ölkəyə gətirmək olmur

64019

Rusiyanın Sankt-Peterburq şəhərində helikopter qəzasında həlak olmuş 40 yaşlı azərbaycanlı jurnalist Müşfiq Mətləb oğlu İbrahimovun nəşini Rusiya ilə Azərbaycanda hava uçuşu dayandırıldığından ölkəyə gətirmək mümkün olmayıb. 

Bizim.Media-nın ailəsindən əldə etdiyi məlumata görə, mərhumun meyitinin sabah gətirilməsi ehtimal olunur. 

Qeyd edək ki, üç uşaq atası olan Müşfiq İbrahimov uzun müddət idi ki, Rusiyada yaşayırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - FOTO


O martın 8-də dostu ilə helikopterlə təlim uçuşu zamanı qəzaya uğrayıb və hər ikisi ölüb. Müşfiq İbrahimov Quba rayonunun Amsar kəndindəndir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin