Ukrayna hərbçiləri Rostov vilayətinə raket zərbələri endirib? – İDDİA

Hazırda oxunan: Ukrayna hərbçiləri Rostov vilayətinə raket zərbələri endirib? – İDDİA

63508

Qondarma “Luqansk Xalq Respublikası” (LXR) rəhbərinin müşaviri Rodion Miroşnik iddia edir ki, Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə raket zərbələri endirməyə cəhd göstərib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Komsomolskaya pravda” qəzetində yer alıb.

Onun sözlərinə görə, Ukrayna təhlükəsizlik qüvvələri bir anda bir neçə hədəfə zərbələr endirməyi planlaşdırıb, lakin raket yalnız Luqanska çatıb.

“Qorlovka və Rostov vilayəti üzərində “Toçka-U” raketləri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub”, - Miroşnik əlavə edib.

Xatırladaq ki, Luqansk neft bazasında yanğın baş verib. Yanğının yerli vaxtla saat 6:55-də başladığı bildirilir.

Miroşnik iddia edir ki, atəş “Toçka-U” tərəfindən həyata keçirib. İndi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürməyə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin