Martın 3-də Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışıqların “ikinci raundu”na yola düşüb. İlkin məlumata görə, görüş yerli vaxtla saat 15:00-dan sonra keçiriləcək.
Bizim.Media “segodnya.ua” saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Rusiya Federasiyası ilə danışıqlara helikopterlə gedirik", deyə o yazıb.
Siyasətçi David Araxmiya sosial şəbəkədə danışıqların bir neçə saatdan sonra başlayacağını təsdiqləyib.
"Minimum proqram humanitar dəhlizlərdir. Bundan əlavə, şəraitə uyğun olaraq söhbət aparılacaq", - Araxmiya əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:41 / 03.03.2022
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO
Hazırda oxunan: Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO
Hazırda oxunan: Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara helikopterlə getdi – FOTO
62999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.