Ukrayna prezidenti Vladimir Zelenski martın 3-nə keçən gecə rəsmi Telegram kanalında dərc olunan müraciətində ukraynalılar üçün hazırkı müharibənin “vətən müharibəsi” olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı DW nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski "Twitter"də paylaşdı: "Aİ-dən müsbət siqnallar gözləyirik"
"Biz vətən müharibələrin necə başladığını və necə bitdiyini bilirik" deyə o, qeyd edib. Zelenskinin sözlərinə görə, Ukraynanı işğal edən rus hərbçilərinin “bir dəfə də sakit anı olmayacaq, hər yerdə məhv olacaqlar”:
“Rus hərbçiləri əbədi xatırlayacaqlar ki, özümüzə məxsus olanı heç kəsə vermirik, onlar vətən müharibəsinin nə olduğunu biləcəklər”.
Bizim.Media