Ermənistanda 2021-ci ildə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı nəzərəçarpacaq dərəcədə azalıb.
Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin məlumatları sübut edir.
O cümlədən, 2020-ci ildə buğdanın orta məhsuldarlığı hektardan 22,5 sentner, 2021-ci ildə 16,8 sentner olub. 2020-ci ildə kartof məhsuldarlığı 210 sentnerdən bir qədər çox, 2021-ci ildə isə 180 sentnerdən az olub.
Statistikaya görə, tərəvəzin məhsuldarlığı təxminən 280 sentnerdən 270 sentnerə enib.
Bütün digər məhsullardan fərqli olaraq, meyvə məhsuldarlığı, əksinə, artıb. Bunu inflyasiya göstəriciləri də təsdiqləyir. Meyvələr keçən il qiymətlərin praktiki olaraq artmadığı yeganə məhsul qrupu olub.
Qeyd edək ki, ötən il respublikada suvarma ilə bağlı çətinliklər yaranıb və bu, taxıl, kartof və tərəvəzdən nisbətən zəif olan meyvə bağlarına təsir edib. Üzümə gəlincə, onun məhsuldarlığı da azalıb: 2020-ci ilin sonunda hər hektardan demək olar ki, 190 sentner, 2021-ci ildə isə 160 sentnerdən az olub.
Respublikada ümumi əkin sahəsi cüzi artıb. Əsasən taxılçılıq hesabına 222,7-dən 227,2 min hektara (2 faiz) çatıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:13 / 02.03.2022
Ermənistanda məhsuldarlıq 2021-ci ildə xeyli azalıb – STATİSTİKA
Hazırda oxunan: Ermənistanda məhsuldarlıq 2021-ci ildə xeyli azalıb – STATİSTİKA
Hazırda oxunan: Ermənistanda məhsuldarlıq 2021-ci ildə xeyli azalıb – STATİSTİKA
62717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.