Ermənistanın Avropa Şurasında Rusiyanı dəstəkləmə səbəbi AÇIQLANDI

Hazırda oxunan: Ermənistanın Avropa Şurasında Rusiyanı dəstəkləmə səbəbi AÇIQLANDI

62593

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan üzvü Eduard Ağacanyan İrəvanın Avropa Şurasında Rusiyanın mövqeyini dəstəkləməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.

Ötən həftə Moskvanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Avropa Şurası Rusiyanın təşkilatda təmsilçilik hüququnu dayandırıb.

Rusiyanın nümayəndəliyinin dayandırılmasının lehinə 42 dövlət səs verib, yalnız iki ölkə - Rusiyanın özü və Ermənistan bunun əleyhinə olub. Türkiyə bitərəf qalıb, Azərbaycan isə səsvermədə iştirak etməyib.

Ağacanyanın sözlərinə görə, İrəvanın mövqeyi ondan ibarətdir ki, Ukraynadakı münaqişə diplomatiya yolu ilə həll edilməlidir. Bunun üçün isə diplomatik kanalların qorunub saxlanması lazımdır.
"Əlaqələrin kəsilməsi diplomatik həll yollarının inkişafına kömək etmir. Məhz bu kontekstdə Ermənistan bu şəkildə səs vermək qərarına gəlib", - o, çərşənbə axşamı mətbuat konfransında deyib.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün hərbi əməliyyatın başlandığını elan edib. 

Həmvətənlərinə müraciətində o deyib ki, qondarma “Donbas respublikaları” kömək üçün Moskvaya üz tutub. Kreml isə dərhal hərəkətə keçib və Ukrayna əzazisinə qoşun yeridib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin