“Ermənistanda Azərbaycanın benzini yoxdur” - Gevorkyan SOCAR-la bağlı yayılan xəbərləri təkzib etdi

Hazırda oxunan: “Ermənistanda Azərbaycanın benzini yoxdur” - Gevorkyan SOCAR-la bağlı yayılan xəbərləri təkzib etdi

62591

İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının rəhbəri Qeqam Gevorkyan Ermənistanda Azərbaycan benzininin olması ilə bağlı məlumatı təkzib edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yerləşdirilib.

Çərşənbə axşamı parlamentdə “Hayastan” fraksiyasından olan deputat Artsvik Minasyanın sualını cavablandıran Gevorkyan qeyd edib ki, son sövdələşmənin SOCAR-la heç bir əlaqəsi yoxdur.

“Sövdələşmə GULF brendini təmsil edən Gürcüstanın “Petrocas” şirkəti ilə bağlanıb”, - o deyib.

Gevorkyanın sözlərinə görə, benzin və dizel yanacağının böyük hissəsi Rusiya Federasiyasından (Rosneft-dən, daha az hissəsi isə “Qazprom”dan) idxal olunur. İran ikinci yerdədir. Rumıniya və Bolqarıstandan yanacaq alınır.

Gevorkyan qeyd edib ki, sərhəddə nəzarət Avrasiya İqtisadi İttifaqının (Aİİ) mexanizmlərinə uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, Gürcüstanın “Petrocas” şirkəti “Rosneft”in Ermənistan aktivləri əsasında 22 stansiyadan ibarət yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır.
“Petrocas Energy Group”un nəzarət paketinin sahibi David Yakobaşvili “Sputnik”ə bildirib ki, “Petrocas” Rosneft (səhmlərin 49%-i) və Yakobaşvilinin başçılıq etdiyi bir qrup iş adamının (səhmlərin 51%-i) birgə müəssisəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin