Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin Avstraliyaya girişi qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Skott Morrison açıqlama verib.
O, Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu söyləyib:
"Biz Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsul tuturuq. Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları, Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsev üçün bu gecədən etibarən qüvvəyə minib”.
Bəzi Belarus şəxsiyyət və qurumlarının Rusiya rəsmiləri ilə birlikdə sanksiyaların əhatəsində olduğunu açıqlayan Morrison “Belarusdan hücumlar təşkil edilməsinə icazə verərək Rusiyaya kömək edən Belarus müdafiə naziri Viktor Xrenin də daxil olmaqla 13 belaruslu şəxs və təşkilata sanksiyalar tətbiq etdik” – deyə qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:32 / 28.02.2022
Putin, Şoyqu və Lavrovun Avstraliyaya girişi qadağan edildi
Hazırda oxunan: Putin, Şoyqu və Lavrovun Avstraliyaya girişi qadağan edildi
Hazırda oxunan: Putin, Şoyqu və Lavrovun Avstraliyaya girişi qadağan edildi
62328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.