Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin qarşısına toplaşır.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, İrəvanın mərkəzinə Daxili İşlər Nazirliyinin əlavə bölmələri toplanır.
Qeyd edilib ki, etiraz dalğasına görə Hökumət Evinin mühafizəsi gücləndirilir.
Qeyd edilib ki, İrəvanın mərkəzi meydanında etirazçıların qurduğu çadırları da görmək olar. Bu isə o deməkdir ki, Paşinyanın istefasına yönələn mitinqlər hələ davam edəcək.
Bizim.Media