Ermənistanda Azərbaycan və Türkiyə vətəndaşları bu tarixdən mülk alır

Hazırda oxunan: Ermənistanda Azərbaycan və Türkiyə vətəndaşları bu tarixdən mülk alır

61806

Türkiyə vətəndaşı olan şəxslər 2005-ci ildən, Azərbaycan vətəndaşlı olanlar isə 2012-ci ildən Ermənistanda əmlak almağa başlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Sputnik Ermənistan-ın yazılı sorğusuna cavab olaraq Kadastr Komitəsindən məlumat verilib.

Bəlli olub ki, 2010-2021-ci illərdə Ermənistanda Azərbaycan vətəndaşları daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ilə bağlı 6 əməliyyat həyata keçirib, Türkiyə vətəndaşları (fiziki şəxslər) isə 71 daşınmaz əmlak alıblar.

Kadastr Komitəsinin informasiyasına görə, 2010-cu ilə qədər Türkiyə vətəndaşlı olanlar Ermənistanda 9 torpaq sahəsi, 1 mənzil və 1 dövlət əhəmiyyətli əmlak əldə ediblər. Göstərilən müddət ərzində Azərbaycan vətəndaşları tərəfindən alqı-satqı əməliyyatları aparılmayıb.

Ümumilikdə Türkiyə vətəndaşları Ermənistanda 83 mülk alıb, onlardan 6-sı sonradan satılıb. Azərbaycan vətəndaşları isə 6 daşınmaz əmlak obyekti alıb, satış faktı olmayıb.

Türkiyə vətəndaşları 2022-ci ilə qədər Ermənistanda 54 mənzil alıb, 2 mənzil hədiyyə edilib, biri dəyişdirilib. Həmçinin 5 yaşayış binası, 1 qaraj, 8 ictimai obyekt və 12 torpaq sahəsi də alınıb.

Xatırladaq ki, fevralın 3-də hökumətin iclasından sonra iqtisadiyyat naziri Vaan Kerobyan türklərin son illər Ermənistanda daşınmaz əmlak və şirkətlər aldığını bəyan etmişdi. İqtisadiyyat naziri əmin edib ki, bu siyahıda heç bir strateji obyekt yoxdur.
Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı bu baxımdan həmişə Türkiyəyə açıq olub:

“Əlavə edirik ki, söhbət yuxarıdakı altı alıcının milliyyətindən yox, Azərbaycan vətəndaşlığından gedir. Yəni milliyyətcə azərbaycanlı olduqlarını deyə bilmərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin