"Birləşmiş Qüvvələr komandanlığının məlumatına görə, bu gün, fevralın 24-də ölkə ərazisində düşmənin (Rusiya nəzərdə tutulur) 5 təyyarəsi və bir helikopteri vurulub".
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ukraynanın iki kəndini işğal etdi - RƏSMİ
“Birləşmiş qüvvələr Rusiya Federasiyasının silahlı qüvvələrinə layiqli cavab verir. Hərbi hissələr öz mövqelərindədir. Düşmən bunun bədəlini çəkir.
Sakit olun və ukraynalı müdafiəçilərə inanın”, - Ukrayna Baş Qərargahının bəyanatında deyilir. Xatırladaq ki, Rusiya təyyarələrinin vurulması xəbərini ölkənin Müdafiə Nazirliyi təkzib edib.
Bizim.Media