Azərbaycanlı deputatların Ermənistana səfərinə qarşı İrəvanda mitinq keçirilir.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, etirazçılar paytaxtdakı “Marriot” otelinin qarşısına toplaşıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
Burada AVRONEST Parlament Assambleyasının üzvülərinin şərəfinə ziyafət təşkil olunub.
Aksiyanın təşkilatçısı, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan qeyd edib ki, aksiyanın iki məqsədi var: Ermənistanda demokratiyanın acınacaqlı vəziyyətini avropalılara çatdırmaq və Azərbaycan nümayəndə heyətinin səfərinə etiraz etmək.
Bizim.Media