Paşinyana qarşı çıxan generallar işdən çıxarılır – Orduda “casus şəbəkəsi” var?

Hazırda oxunan: Paşinyana qarşı çıxan generallar işdən çıxarılır – Orduda “casus şəbəkəsi” var?

61109

Xəbər verdiyimiz kimi, Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın fərmanı ilə ötən ilin avqustunda Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Arayik Arutyunyan tutduğu vəzifədən azad edilib.

Bu gün isə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Romik Markaryan vəzifə uyğunsuzluğa görə işdən azad edilib, onun yerinə Aram Poqosyan təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın baş prokuroru Paşinyana bəraət verilməsini istəyir


KİV xatırladır ki, hər iki yüksək rütbəli zabit bir il əvvəl baş nazir Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbi məmurlar arasında idi. Kəşfiyyat rəisi vəzifəsindən azad edilən Arayik Arutyunyan əvvəllər 2-ci Ordu Korpusunun komandiri vəzifəsində çalışıb, Romik Marqaryan İrəvanın Malatiya-Sebastiya inzibati dairəsinin ərazi komissarı olub.

“Azadlıq” radiosunun erməni nəşri Müdafiə Nazirliyinin informasiya şöbəsində generalların işdən çıxarılmasının səbəblərini öyrənməyə çalışıb. Müdafiə Nazirliyindən yazılı müraciət istəyib.

İşdən çıxarılmalar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 44 günlük müharibə zamanı ordudakı “casus şəbəkəsi” ilə bağlı qalmaqallı bəyanatından sonra baş verib. İşi araşdıran strukturun məlumatına görə, 20 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 14 nəfər saxlanılıb.

Milli Təhlükəsizlik Xidməti ibtidai istintaqın sirrini izah edərək, təqsirləndirilənlər arasında yüksək rütbəli hərbçilərin olub-olmadığını dəqiqləşdirmir.

Uzun illər ordudakı problemləri araşdıran hüquq müdafiəçisi Janna Aleksanyan hakimiyyətin silahlı qüvvələrlə bağlı məsələlərdə şəffaf olmadığını vurğulayır.

“Xüsusilə də müharibədən sonra ictimaiyyət bilməlidir ki, onlar nəyi dəyişirlər, kimi dəyişirlər, niyə dəyişirlər və bu, hərbi sirr deyil. 44 günlük müharibədən sonra ictimaiyyət silahlı qüvvələrdə nə baş verdiyini bilmək istəyir”, - Aleksanyan bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda distant mətbuat konfranslarının birində silahlı qüvvələrlə bağlı məsələləri açıq şəkildə müzakirə etməkdən imtina etdiyini bildirib.

Baş nazir yanvarın 28-də Ermənistan ordusunun yaradılmasının 30-cu ildönümü ilə əlaqədar müraciətində bəyan edib ki, Ermənistan peşəkar orduya sahib olmaq üçün “Silahlı Qüvvələrin daha da inkişafına yönəlmiş sistemli islahatlar” yolu ilə gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin