''Paşinyanın səlahiyyətləri Sarkisyana həvalə edilsin'' - TƏKLİF  

Hazırda oxunan: ''Paşinyanın səlahiyyətləri Sarkisyana həvalə edilsin'' - TƏKLİF  

6109

"Ermənistanı beynəlxalq arenada prezident təmsil etməlidir".

Bizim.Media xəbər verir ki, bunu "Maariflənmiş Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan bildirib.

O bildirib ki, məğlub Baş nazir ölkəni təmsil edə bilməz. Ona görə də Paşinyan istefa verənədək ölkə adından prezident Armen Sarkisyan çıxış etməlidir.

Partiya sədri MDB dövlət başçılarının son iclasında Ermənistanın baş nazirinin olmadığını, ancaq Azərbaycan Prezidentinin iştirak etdiyini diqqətə çatdırıb.

"Ermənistan rəhbərliyi adından danışıqlarda iştirak etmək üçün prezidentə səlahiyyət verilməsini təklif edirik",- deyə o əlavə edib.

Marukyan diasporunun ümumerməni problemlərinin həllində iştirakını da vacib sayıb:
 
"Ermənistanda illər ərzində diasporanın ölkənin siyasi həyatındakı rolunu məhdudlaşdırmaq üçün hər şey edilib. Bunsuz Ermənistanın qarşısında duran çətinliklərin öhdəsindən gəlmək mümkün deyil",- deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin