“Köçəryan “Baş müxalifətçi” kimi Paşinyana lazımdır” – Erməni jurnalistin ŞƏRHİ

Hazırda oxunan: “Köçəryan “Baş müxalifətçi” kimi Paşinyana lazımdır” – Erməni jurnalistin ŞƏRHİ

61079

Keçmiş lider Robert Köçəryanın qeyri-müəyyən reputasiya ilə siyasi xadimə, müxalifət fraksiyasının “liderinə” çevrilməsinə görə məsuliyyət daşıyan şəxs, təbii ki, Nikol Paşinyandır.

Bizim.Media xəbər verir ki, bu barədə “Aravot” erməni nəşrinin baş redaktoru Aram Abramyan “Köçəryanın siyasi arenada saxlanılması kimə sərf edir?” məqaləsində yazır.

“2018-ci ildə Köçəryan yox, Serjik “rədd edilib” və səthi məntiq nöqteyi-nəzərindən belə görünür ki, hakimiyyətə gəldikdən sonra “rədd”in əhatə dairəsini genişləndirməyin o qədər də mənası yox idi. Baş nazirə Köçəryana qarşı “konstitusiya quruluşunu sarsıtmaq” ittihamı ilə cinayət işinin açılmasını hansı “işıqlı baş” məsləhət görüb, bilmirəm, amma bu, “keçmiş prezidenti dövriyyəyə buraxmaq” üçün yaxşı fürsət idi.
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan Türkiyənin regionda artan rolunu etiraf etdi


1 mart qanlı hadisələrinə görə məsuliyyət daşıyan Köçəryanın olması, məncə, göz qabağındadır. Amma bu maddə üzrə işin başlanmasında, istintaq və məhkəmə prosesinin aparılmasında səhlənkarlıq və savadsızlığı asanlıqla görmək olar”, - Abrahamyan qeyd edir.

O xatırladır ki, ötən həftə Robert Köçəryanın növbəti məhkəməsi başlayıb. Bu dəfə o, baş nazirin keçmiş müavini Armen Gevorkyanla birgə əməliyyat lisenziyası vermək üçün mədən şirkətindən rüşvət almaqda ittiham olunur. İttihama görə, bu şirkətin sahibi Silva Ambarçumyan 3 milyon dolları biznesmen Samvel Mayrapetyana, o isə pulu Köçəryana verib.

“Bunun həqiqətən belə olub-olmadığını bilmirəm, amma ittihamı müdafiə edən prokurorlara və onu təsdiqləmək istəyən məhkəməyə həsəd aparmıram.

Yenə də şübhə etmirəm ki, Köçəryanın hakimiyyətdə olduğu dövrdə vəzifə mövqeyindən istifadə edərək sərvət qazanıb. Öncə 4 milyarddan danışmaq, sonra onu 3 milyon almaqda ittiham etmək ikinci prezident üçün sərfəlidir.

Bildiyiniz kimi, prokurorluğun bəzi əsas işçiləri yaxşı mütəxəssisdirlər və onlar siyasi sifarişi yerinə yetirirlər. Sual isə budur ki, niyə belə sifarişlər verilir? Yoxsa Köçəryanı “ana müxalifətçi” statusunda saxlamaq indiki iqtidara sərfəlidir, hakimiyyətə qayıdışı minlərlə vətəndaşı dəhşətə gətirir? Əgər bu, belədirsə, deməli siyasi texnologiya nöqteyi-nəzərindən savadlı taktikadır”, - Abramyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin