Türkiyədə zəlzələ oldu

Hazırda oxunan: Türkiyədə zəlzələ oldu

61075

Türkiyənin Tekirdağ şəhərinin Sarköy rayonu yaxınlığında 4,1 bal gücündə, Muğla şəhərinin Datça rayonu yaxınlığında isə 4 bal gücündə zəlzələ baş verib.

Bizim.Media-nın Timeturk-ə istinadən verdiyi məlumata görə, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) saytında yer alan məlumata görə, saat 22:47-də Egey dənizində Muğla şəhərinin Datça bölgəsi yaxınlığında 4 bal gücündə zəlzələ qeydə alınıb.

Məlum olub ki, dəniz səthinin 29,26 km dərinliyində baş verən zəlzələnin episentri Datça şəhərindən 39,71 km aralıda olub.

Həmçinin, saat 23.20-də Mərmərə dənizində, Tekirdağın Sarköy bölgəsi sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Məlum olub ki, dəniz səthinin 7 km dərinliyində yerləşən zəlzələnin ocağı Sarköy şəhərindən 6,25 km aralıda yerləşib.

Zəlzələ Tekirdağ və onun rayonlarında da hiss olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin