Rusiya və Gürcüstan “3+3” formatını müzakirə edəcəklər

Hazırda oxunan: Rusiya və Gürcüstan “3+3” formatını müzakirə edəcəklər

0:00
0:00
60908

Rusiya Federasiyası Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin mart ayında Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşmək niyyətində olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “TASS” məlumat verib. 

Onun sözlərinə görə, komanda yığmaq, gələcək perspektivlər barədə ciddi müzakirələrə ehtiyac var.

"Müzakirə olunması vacib olan bir çox məsələlər var: ikitərəfli əlaqələr, “3+3” formatı və regional siyasət", - o deyib.

O, həmçinin qeyd edib ki, ölkələr arasında uçuşların bərpası, vətəndaşların gediş-gəlişi və viza problemləri də var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin