“Ararat” – “Marsel” oyununda stadionda Azərbaycan bayrağı görmək istərdiniz?” – Erməni siyasətçidən TƏNQİD 

Hazırda oxunan: “Ararat” – “Marsel” oyununda stadionda Azərbaycan bayrağı görmək istərdiniz?” – Erməni siyasətçidən TƏNQİD 

60768

“Marsel” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ictimaiyyətimiz aksiya təşkil edib. Bu aksiya ermənilər arasında vəhdət yarada bilsə yaxşı olardı. Mən on ildir deyirəm, Ermənistan komandası avrokuboklarda bu qədər irəli getsə və şərq qonşularımız kimi “Marsel” səviyyəsində komandalarla yarışsa, daha yaxşı olmazdımı? 

Bizim.Media xəbər verir ki, Ermənistan Futbol Federasiyasının sabiq prezidenti, hazırda siyasi fəaliyyətlə məşğul olan Zöhrab Yeqanyan özünün “facebook” hesabından bu fikirləri bölüşüb. 

Belə ki, “Marsel” və “Qarabağ” arasında Konfrans Liqası çərçivəsində keçirilən oyunda soydaşlarının təxribat xarakterli hərəkətlərinə münasibət bildirən Yeqanyan erməni futbolunun hazırki durumunu da sərt tənqid edib. 

“İnsanlar, biz bur cür qələbələrimizə sevindiyimiz halda Azərbaycan “Qarabağ” komandasının köməyi ilə artıq bu rəmzlə milyonlarla insanı birləşdirə bilib. "Ararat İrəvan"ın "Marsel"lə oynamasını və stadionda Ermənistan bayraqları əvəzinə Azərbaycan bayraqlarının olmasını istərdinizmi? İstənilən şüurlu insan bunun belə olmasını istməz. Gəlin bir az daha realist olaq. Bir az düşünək və irqi düşüncədən əl çəkək, bir az da ağıllı olaq”. 

Xatırladaq ki, ermənilər matçın yayımı zamanı görünən Ermənistan bayraqlarını stadiona aparıblar.

Sonradan məlum olub ki, ermənilər stadiona təxribat xarakterli pankartlar gətirə bilsələr də, “Velodrom” arenasındakı stüardlar onların açılmasına mane olublar. 
Qeyd edək ki, “Marsel” – “Qarabağ” matçı 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin