Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

Hazırda oxunan: Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

606703

Egey dənizində, Çanaqqalanın Gökçeada sahilləri yaxınlığında türk balıqçı qayığını izləyən Yunanıstan Sahil Mühafizəsi kateri bölgəyə gələn Türkiyə Sahil Mühafizəsi qüvvələri tərəfindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, hadisə Gökçeada açığında, Samotraki adası yaxınlığındakı Zürafa qayalıqları ətrafında baş verib.

Balıqçı İlker Özdemirin qayığı bir müddət Yunanıstan Sahil Mühafizəsi kateri tərəfindən təqib olunub.

Balıqçının məlumat verməsindən sonra hadisə yerinə Türkiyə Sahil Mühafizəsi qüvvələri göndərilib.

Qısa müddət sonra Yunanıstan tərəfinin kateri ərazidən uzaqlaşıb.

Baş verənlər mobil telefon kamerası ilə lentə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin