Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə qeyri-rəsmi görüntüləri ilə müzakirələr yaradıb.
Bizim.Media xəbər verir ki, Göyçə mahalına səfər edən Paşinyan yolüstü kafelərdən birində səhər yeməyi yeyib.
O, bununla bağlı sosial media hesabında paylaşım edərək posta “Dənizkənddə səhər yeməyi” başlığını verib.
Paylaşımda baş nazirin xüsusilə “pirojki” yeməsi diqqət çəkib.
Qeyd edək ki, Paşinyan “pirojki”yə olan marağı ilə dəfələrlə gündəmə gəlib. Ümumilikdə isə o, tez-tez sosial şəbəkə hesablarında müxtəlif yeməklərlə bağlı paylaşımlar edir və bu cür görüntülər ictimai müzakirələrə səbəb olur.
Bizim.Media




































































































