Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

Hazırda oxunan: Türkiyə parlamentinin keçmiş sədri VƏFAT EDİB

606503

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

Bizim.Media xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.
 

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra qapadılan Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.


1991-ci il parlament seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) olub. Süleyman Dəmirəl prezident seçildikdən sonra bir müddət DYP sədri vəzifəsini icra edib.

Eyni zamanda Türkiyə siyasətində sağ mərkəzçilərin önəmli simalarından biri kimi tanınan H.Cindoruk qısa müddətdə prezident səlahiyyətlərini də icra edib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin