Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Hazırda oxunan: Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

606455

Türkiyədə suriyalı qaçqınların sayı azalmaqda davam edir.

Bizim.Media xəbər verir ki, təkcə son beş ildə Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı 38,55 faiz azalıb.

Belə ki, 2021-ci ildə qeydə alınmış 3 milyon 737 min 369 nəfərlik pik göstəricidən 2026-cı il aprelin 2-nə olan məlumata görə 2 milyon 296 min 568 nəfərə enib.

Beləliklə, son 5 il ərzində 1,4 milyondan çox suriyalı könüllü əsasda Türkiyədən Suriyaya qayıdıb.

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, proses 2024-cü il dekabrın 8-də Dəməşqdə rejim dəyişikliyindən sonra sürətlənib və bu, 650 mindən çox suriyalının vətənə qayıtmasına şərait yaradıb.

Hazırda suriyalı qaçqınların ən çox cəmləşdiyi şəhər İstanbuldur (405 mindən çox nəfər), ən az sayda isə Hakkari vilayətində qeydə alınıb (8 nəfər).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin