Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Hazırda oxunan: Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

606445

Pakistanın Baş naziri Şahbaz Şərif britaniyalı həmkarı Kir Starmerlə telefonla danışıb və İran ilə ABŞ arasında dialoq müzakirə edilib.

Bizim.Media xəbər verir ki, Ş. Şərif bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"İran və ABŞ arasında atəşkəsə nail olmağa və dialoqu irəlilətməyə kömək edən Pakistanın səmimi diplomatik səylərinə verdiyi dəstəyə görə ona (K. Starmerə - red.) minnətdarlığımı bildirirəm", o bildirib və dünya liderlərinin sülh təşəbbüslərini dəstəkləyən birgə bəyanatı alqışladığını əlavə edib:

"Regionda davamlı sülh və sabitlik üçün şərait yaratmaq məqsədilə atəşkəsin qorunub saxlanılmasının vacibliyi barədə həmfikir olduq.

Həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Pakistan-Britaniya münasibətlərinin daha da möhkəmləndirilməsi yollarını müzakirə etdik".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin