Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Hazırda oxunan: Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

606244

“İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin dekbarın 1-dək imzalana bilər.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə edilib.
 

Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında “Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş təsdiq edilib.


Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpək Yolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin