Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Hazırda oxunan: Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

606215

“İran müharibə istəmir. Amma eyni zamanda öz hüquqlarından da imtina etmək niyyətində deyil”.

Bizim.Media xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciətində bildirib.

İranın böyük bir gücə çevrilməyin astanasında olduğunu vurğulayan Xamenei Tehranın vurulan hər bir zərərə və şəhidlərin qanına görə təzminat tələb edəcəyini bildirib. Daha sonra Hörmüz boğazı ilə bağlı məsələlərə də aydınlıq gətirən Ali Rəhbər ölkəsinin boğazın idarə olunmasında yeni bir mərhələyə qədəm qoyacağını deyib.
 

Xamenei bundan başqa İran xalqını hakimiyyətə dəstəklərini nümayiş etdirmək üçün küçələrə çıxmağa davam etməyə çağıraraq bu dəstəyin hərbi əməliyyatlar bitdikdən sonra belə vacib olduğunu qeyd edib.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin