İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

Hazırda oxunan: İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

606154

Atəşkəs razılaşması çərçivəsində İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçməsinə icazə verməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İslamabadda keçiriləcək danışıqlardan əvvəl yüksək vəzifəli iranlı mənbə TASS agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, hazırda qüvvədə olan atəşkəs rejimi şəraitində Hörmüz boğazından gündə maksimum 15 gəminin keçidinə icazə verilir.

Qeyd olunub ki, bu hərəkət İranın razılığı və konkret protokol qaydalarına əməl olunması ilə bağlıdır.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarəti altında tətbiq olunan yeni normativ-hüquqi baza tərəflərin diqqətinə rəsmi şəkildə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin