“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

Hazırda oxunan: “Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

606129

“Bu gün Yaxın Şərqdə yaşanan hadisələr fonunda dost, müttəfiq, qardaş dövlətlərin həmrəyliyinin nə qədər həyati əhəmiyyətli olduğunu açıq şəkildə göstərir”.

Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.

“Bölgəmizdə cərəyan edən və daha geniş əraziyə yayılma təhlükəsi olan müharibədə həm Kipr adasının cənubu, həm Türkiyə, həm də Azərbaycan dron hücumlarının hədəfi olub. Çox şükür ki, insan tələfatı olmayıb. Müharibənin ən qısa zamanda bitməsini, sülhün bölgəmizdə deyil, bütün dünyada hakim olmasını arzu edirəm” – deyə o qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin