İranda ermənilərin "Müqəddəs Sərkis" kilsəsində fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən dini lider Əli Xameneinin qırx mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimə bir sıra nazir və rəsmilər də qatılıb.
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bəzi şəxslər bu addımın hücumlardan sığortalanmaq üçün atıldığını bildirib.
Bir sıra sosial şəbəkə istifadəçiləri isə İranda yaşayan xristianların da Əli Xameneinin anım mərasimini keçirdiyini göstərmək üçün bu addımın atıldığını bildiriblər.
Qeyd edək ki, İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də endirilən zərbələr zamanı həyatını itirib.
Bizim.Media

- A-
- A
- A+
Region
14:44 / 09.04.2026
Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO
Hazırda oxunan: Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO
Hazırda oxunan: Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO
606114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































