İstanbulda İsrail konsulluğu önündəki atışma ilə bağlı daha 8 NƏFƏR TUTULDU

Hazırda oxunan: İstanbulda İsrail konsulluğu önündəki atışma ilə bağlı daha 8 NƏFƏR TUTULDU

605933

Türkiyə hakimiyyəti İstanbulda İsrail konsulluğu önündə baş verən silahlı insidentlə əlaqədar 10 nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, Türkiyə KİV-inin yaydığı məlumata görə, bundan əvvəl hücum edənlərdən birinin polis ilə atışma zamanı öldürüldüyü, iki nəfərin isə yaralandığı və xəstəxanada nəzarət altında saxlanıldığı bildirilmişdi.

Qalan səkkiz şübhəli keçirilən polis əməliyyatları zamanı İstanbulda və qonşu Kocaeli vilayətində tutulub.

Hakimiyyət orqanları hələlik hücumun motivini açıqlamayıb. Araşdırma davam edir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, hücum edənlər dinlə bağlı bir qrupun üzvləri olub. O, söhbətin hansı qrupdan getdiyini dəqiqləşdirməyib.

Nazirin sözlərinə görə, onlardan ikisi qardaş olub və icarəyə götürülmüş avtomobillə İzmit şəhərindən gəliblər.

Türkiyə hakimiyyəti hadisə yerində öldürülən hücumçunun Yunus Emre Şarban olduğunu açıqlayıb. Bildirilib ki, onun əvvəllər “İslam Dövləti” terror təşkilatı ilə əlaqəsi olub. Bu səbəbdən də onun aktivləri 2021-ci ildə dondurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin