Hörmüz boğazı nə vaxt açılacaq?

Hazırda oxunan: Hörmüz boğazı nə vaxt açılacaq?

605930

İran atəşkəsin dayandırılması ilə bağlı çərçivə sazişi əldə olunacağı təqdirdə Hörmüz boğazını aprelin 9-u və ya 10-da aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.
 

Mənbə qeyd edib ki, İran rəsmisi boğazın cümə axşamı və ya cümə günü məhdud və nəzarətli şəkildə açıla biləcəyini bildirib.


Hazırda boğaz bağlı olaraq qalır. Reuters və digər mənbələrə görə, açılış baş tutsa, gəmilər İran hərbi strukturları ilə koordinasiya şəraitində hərəkət edəcək.

ABŞ Prezidenti Donald Tramp da aprelin 8-də bildirib ki, Vaşinqton Hörmüz boğazında toplanmış gəmi hərəkətinin tənzimlənməsinə kömək edəcək. O, atəşkəsdən sonra boğazda hərəkətin bərpasını ABŞ üçün “tam qələbə” kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin