Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri “X” sosial hesabında paylaşım edib.
“28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnunluq duyuruq. Mümkün təxribat və sabotajlara imkan verilmədən atəşkəsin sahədə tam şəkildə icra olunmasını arzu edirik”,- deyə Ərdoğan bildirib.
Türkiyə lideri atəşkəs razılaşmasına öz töhvəsini vermiş tərəflərə, xüsusilə Pakistana təşəkkür edib:
“Atəşkəsə aparan prosesdə əməyi keçən bütün aktyorları, xüsusən də dostumuz və qardaşımız Pakistanı ürəkdən təbrik edirik. Müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş coğrafiyamızın bir an öncə sülhə, sabitliyə və rifaha qovuşması ən səmimi arzumuzdur. Türkiyə regionda və dünyada sülhün səsini yüksəltməyə davam edəcək”.
Bizim.Media
































































































