Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən gərgin danışıqlardan sonra Moskva Ermənistan hakimiyyətinin təmsilçiləri və onlarla əlaqəli strukturlara qarşı məhdudiyyətlər tətbiq edə bilər.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Hraparak qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, aprelin 1-də baş tutan görüş son dərəcə gərgin atmosferdə keçib, qapalı qapılar arxasında isə tərəflər arasında daha sərt müzakirə aparılıb.
Qəzetin mənbələri iddia edir ki, Kremlin Nikol Paşinyanla kompromisə gəlməyin mümkün olmadığı qənaətinə gəlib və artıq praktiki addımları nəzərdən keçirməyə başlayıb.
Məlumata görə, Rusiya tərəfi Ermənistanın hazırkı hakimiyyəti ilə əlaqəli olan biznes nümayəndələri, şirkətlər və mədəniyyət təşkilatlarının təmsilçiləri üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq edə bilər.
Nəşrin iddiasına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya tərəfi ilə isti münasibətləri olan siyasətçi hesab olunsa da, ətrafı ilə birlikdə “persona non grata” statusuna düşüb.
Bizim.Media






























































































