Ukraynada həbs edilən azərbaycanlı iş adamı Bakıya gətirildi

Hazırda oxunan: Ukraynada həbs edilən azərbaycanlı iş adamı Bakıya gətirildi

60553

Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada azərbaycanlı oğlan rus qadının müdafiəsinə qalxdı – DAVA DÜŞDÜ - VİDEO


Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 17.11.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

N.Kərimov 13.01.2022-ci il tarixdə Ukraynada müəyyən edilərək saxlanılıb.

17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin