Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın etimad reytinqi aşağı düşür. Bununla belə, onun siyasi komandasının imicinə daha çox ziyan dəyib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi strateq Vigen Akopyan fevralın 16-da jurnalistlərlə görüşündə bildirib.
Ekspertin fikrincə, ötən illərdə sübut olunub ki, baş nazirin komandasının reytinqi Paşinyanın özünün populyarlığına görə həmişə saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Qarabağdan Ermənistana qaçan ermənilərin ETİRAZI: “Kirayə haqqını ödəyə bilmirik”
Buna baxmayaraq, Akopyanın sözlərinə görə, əhalinin indiki hakimiyyətdən məyusluğu hər gün artır.
“Üstəlik, Paşinyanın antireytinqi, xüsusən də son vaxtlar kifayət qədər ciddi şəkildə artıb”, - siyasi strateq qeyd edib.
“Bu şərtləri nəzərə alsaq belə, parlament müxalifətinin heç bir ümidi yoxdur, çünki indiki hakimiyyətdən məyus olan kütlə müxalifəti də dəstəkləmir. Bu səslərin (deputatlar üçün toplanan səslər nəzərdə tutulur) bəziləri, belə demək mümkünsə, əslində sahibsiz qalıb. Yəni bu bazar günü seçkilərin keçirilməsinə qərar verilsəydi, indiki hakimiyyətdən məyus olan vətəndaşların əhəmiyyətli hissəsi sadəcə olaraq onlara səs verməzdi. Onlar səslərini nə iqtidara, nə də müxalifətə verəcəklər”, - Akopyan izah edib.
Bizim.Media