Lavrov Əraqçiyə ZƏNG ETDİ

Hazırda oxunan: Lavrov Əraqçiyə ZƏNG ETDİ

605271

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə İslam Respublikası ətrafında yaranmış kritik hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.
 

Məlumata görə, Sergey Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətindəki səylərinin Yaxın Şərqdə uzunmüddətli sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


O vurğulayıb ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum dilindən imtina etməli və məsələni diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.

Xatırladaq ki, aprelin 1-də Lavrov Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə tam hazır olduğunu bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin