İranda iki etirazçı edam edildi

Hazırda oxunan: İranda iki etirazçı edam edildi

605241

İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb.

"Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar", - deyə məlumatda bildirilir.
 

Həmçinin qeyd olunur ki, edam edilən şəxslər digər hərbi obyektlərə daxil olmağa, polis məntəqələrinə və "Bəsic" qüvvələrinin yerləşdiyi məntəqələrə hücum etməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər.


Xatırladaq ki, ötən ilin sonunda İranda ölkədəki iqtisadi vəziyyətlə bağlı genişmiqyaslı etirazlar başlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin