Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin İletişim Başkanı Burhanettin Duran məlumat yayıb.
O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski 4 aprel 2026-cı il tarixində Türkiyəyə işgüzar səfər edib.
Qeyd olunub ki, İstanbulda keçirilən görüşlərdə Ukrayna ilə ikitərəfli gündəlikdə olan məsələlər, eləcə də regional inkişaflar müzakirə olunur.
Açıqlamada vurğulanıb ki, danışıqlarda “İstanbul Prosesi” başda olmaqla, atəşkəsin təmin edilməsi və uzunmüddətli sülhə nail olunmasına yönəlmiş səylər əsas müzakirə mövzularından biridir.
Bizim.Media
































































































