İran əsas tələbat malları və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından keçidinə icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Tasnim agentliyi rəsmi sənədə istinadla məlumat yayıb.
Bəyanatda deyilir:
“Əsas mallar və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazı vasitəsilə İran limanlarına və ya Oman körfəzində yerləşən limanlara keçidinə icazə verilir”.
Bundan əvvəl Reuters agentliyi yazmışdı ki, ABŞ kəşfiyyatı İranın yaxın vaxtlarda Hörmüz boğazı üzərində təzyiqi zəiflətməyəcəyini düşünür.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Buna cavab olaraq Tehran İsrailə, ABŞ bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bundan əlavə, İran dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 30 faizinin keçdiyi Hörmüz boğazını bağlamışdı.
Bu isə neft qiymətlərinin son dörd ilin maksimum səviyyəsinə yüksəlməsinə səbəb olmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Region
18:20 / 04.04.2026
İran Hörmüz boğazından bu gəmilərin keçidinə icazə verdi
Hazırda oxunan: İran Hörmüz boğazından bu gəmilərin keçidinə icazə verdi
Hazırda oxunan: İran Hörmüz boğazından bu gəmilərin keçidinə icazə verdi
605098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































