Diplomatik mənbə: İranın yeni ali lideri Xamenei yaralandıqdan sonra Rusiyaya getməyib
İranın yeni seçilmiş ali lideri Müctəba Xameneinin Rusiyaya səfəri ilə bağlı xəbərlər yalandır və aldığı xəsarətlər onun işinə mane olmur.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mart ayında Küveytin "Əl-Cəridə" qəzeti Xameneinin yaralandıqdan sonra təcili olaraq müalicə üçün Moskvaya aparıldığını iddia etmişdi.
Diplomatik mənbənin məlumatına görə, İranın yeni ali lideri heç bir neçə saat belə Rusiyada olmayıb.
İranın Rusiyadakı səfiri Kazem Cəlali də Xameneinin Moskvada müalicə olunması ilə bağlı xəbərləri təkzib edib.
Bizim.Media


































































































