İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

Hazırda oxunan: İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

604671

İran Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından keçməyə icazə verəcək.

İran Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından maneəsiz keçməyə icazə vermək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, TASS-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyi bu barədə iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqlarından sonra məlumat verib.

Bəyanatda deyilir:

"İran xarici işlər naziri İranın Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından təhlükəsiz, maneəsiz və sürətli keçid təmin edəcəyinə əminlik verib".

Filippin xarici işlər naziri Tereza Lazaro vurğulayıb ki, bu qərar Filippin üçün həyati əhəmiyyət kəsb edir, çünki bu, yalnız ərazidə fəaliyyət göstərən filippinli dənizçilərin təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə də kömək edəcək.

"Filippin enerji ehtiyaclarının əksəriyyətini Yaxın Şərqdən idxal etdiyini nəzərə alsaq, İrandan gələn bu zəmanətlər vacib neft məhsulları və gübrələrin sabit tədarükünü xeyli asanlaşdıracaq", - xanım nazir deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin