İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

Hazırda oxunan: İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

604659

İran Əbu-Dabidə Amerikanın “United States Steel” korporasiyasının, Bəhreyndə ABŞ alüminium zavodunun və İsrailin silah şirkəti “Rafael”in istehsal müəssisələrinə zərbələr endirib.

Bizim.Media Tasnim-ə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, İranın polad zavodlarına edilən hücumlara cavab olaraq edilib.

“İran sənayesinə təkrar hücum ediləcəyi təqdirdə, sionist rejimin sənayesini və bölgədəki Amerika müəssisələrini məhv edəcəyimiz barədə xəbərdarlıq etmişdik, lakin düşmən məğlubiyyətin acılığı səbəbindən hesablama qabiliyyətini itirərək xəbərdarlıqlara məhəl qoymayıb və İranın polad sənayesinə hücum edib”, - bəyanatda qeyd edilib.

SEPAH həmçinin əlavə edib ki, Bəhreynin paytaxtı Manamada yerləşən Amerika hərbi bazasına hücum edilib.

Korpusun mətbuat xidməti dəqiqləşdirib ki, raket və pilotsuz təyyarə zərbələri nəticəsində onlarla insan ölüb və yaralanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin