Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Hazırda oxunan: Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

604594

Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasına yönəlmiş atılan müsbət addımlar məmnuniyyətlə qarşılanır.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda MÜHÜM GÖRÜŞ: TDT-yə üzv dövlətlərin baş nazirləri BİR ARADA


Cevdet Yılmaz bölgədə yaranmış tarixi imkanın dəyərləndirilməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını arzu edib:

"Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk Dünyasında qarşılıqlı əlaqələri daha da artıracaq. Nəqliyyat, enerji, infrastruktur və kommunikasiya kimi bir çox sahədə yeni əməkdaşlıq imkanlarının Türk Dünyasının rifahına mühüm töhfə verəcəyinə inanırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin