Rusiyanın ilhaq etdiyi Krımda An-26 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, Rusiya İstintaq Komitəsinin açıqlamasına görə, martın 31-də baş verən hadisə zamanı təyyarənin göyərtəsində 30 nəfər – 27 sərnişin və 3 ekipaj üzvü olub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təyyarədə 29 nəfərin olduğunu bildirmişdi.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.
Məlumata görə, təyyarə qayaya çırpılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarəyə kənardan hər hansı zərbə təsiri olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:10 / 01.04.2026
Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı
Hazırda oxunan: Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı
Hazırda oxunan: Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı
604378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































