Martın 31-i səhər dünya bazarında neft bahalaşıb.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, investorlar bir tərəfdən ABŞ prezidenti Donald Trampın İranla müharibəni dayandıra biləcəyi ehtimalını, digər tərəfdən isə Hörmüz boğazının uzun müddət bağlı qalması səbəbindən neft tədarükündə yarana biləcək fasilə riskini qiymətləndirirlər.
Səhər saatlarında Brent markalı neftin qiyməti 113 dolları keçib, WTI isə 102 dollar ətrafında ticarət olunub.
Agentliyin yazdığına görə, İranın faktiki olaraq Hörmüz boğazını bağlaması bazara ciddi təzyiq yaradıb.
Dünyadakı neft tədarükünün təxminən beşdə biri bu marşrutdan keçdiyi üçün mart ayında Brent nefti 59 faiz, WTI isə 58 faiz bahalaşıb.
Reuters bunu son illərin ən kəskin aylıq artımlarından biri kimi qiymətləndirir.
Bundan əlavə, Küveytin tam yüklənmiş neft tankeri “Al-Salmi”nin Dubay limanında ehtimal edilən İran hücumuna məruz qalması da bazardakı narahatlığı artırıb.
Analitiklər bildirirlər ki, bu cür insidentlər tədarük zəncirinə dair qorxuları daha da gücləndirir.
Rystad Energy şirkətinin analitiki Lin Yenin fikrincə, əgər Hörmüz boğazından gəmiçilik uzun müddət məhdudlaşdırılsa, bazardakı ehtiyat tamponları tədricən tükənəcək və daha geniş coğrafiyada fiziki neft qıtlığı riski yaranacaq.
Bu isə qiymət artımını daha da sürətləndirə bilər.
Bizim.Media

- A-
- A
- A+
Region
13:25 / 31.03.2026
İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir
Hazırda oxunan: İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir
Hazırda oxunan: İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir
604191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































