Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Hazırda oxunan: Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

604165

Manisanın Turqutlu rayonunda 31 mart 2026-cı ildə 28 yaşlı Ömər Coşkun adlı şübhəli boşanma mərhələsində olduğu həyat yoldaşı Sare Coşkunu (20), qayınatası Musa G.-ni (51), qayınanası Fadimə G.-ni (41) və 13 yaşlı qaynı Y.C.G.-ni odlu silahla başlarından vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, silah səslərindən sonra edilən xəbərdarlıq əsasında hadisə yerinə göndərilən Turqutlu Rayon Jandarma Komandanlığının əməkdaşları 4 nəfərin həyatını itirdiyini müəyyən ediblər.

Hadisədən sonra qaçan şübhəli, təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat nəticəsində qısa müddət ərzində yaxalanaraq nəzarətə götürülüb.

Qan donduran hadisə ilə bağlı Turqutlu Respublika Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başlanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin