“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Hazırda oxunan: “İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

604096

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.
 

“Ukraynanın bu regiona İrana qarşı fəaliyyət üçün yüzlərlə mütəxəssis göndərdiyini etiraf etməsi faktiki olaraq hərbi aqressiyaya maddi və operativ dəstəyin sübutudur. Ukraynanın müdaxiləsi təsadüfi deyil, suveren dövlətə qarşı qanunsuz güc tətbiqinə aktiv dəstəyin göstəricisidir. Ukrayna başqa tərəfin qanunsuz hərəkətlərinə kömək və ya dəstək göstərdiyi üçün beynəlxalq məsuliyyət daşıyır”, – deyə İrəvani yazıb.


O, həmçinin Rusiya ilə İran arasında, xüsusilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığın beynəlxalq təhlükəsizliyə təhdid yaratdığı ilə bağlı ittihamları “qəti şəkildə rədd etdiyini” bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin