İrəvanda Müqəddəs Anna kilsəsində Nikol Paşinyanla baş verən insidentdən sonra iki nəfər saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, onlar xuliqanlıqda və vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.
Bu barədə Armenia Today nəşrinə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Vəkil Ruben Melikyanın sözlərinə görə, saxlanılan şəxslər kilsənin həyətində tutulublar.
Xatırladaq ki, onlardan biri Paşinyana “Mənə elə baxma” deyərək yumruq atıb.
Bizim.Media






























































































