“İranın Ali Rəhbəri Müctəba Xamenei təhlükəsizlik tədbirlərinə riayət etdiyi üçün ictimaiyyət qarşısına çıxmır, lakin öz vəzifələrini icra etməyə davam edir”.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əli Bahreini məlumat verib.
“Onun ictimaiyyət qarşısına çıxmamasının səbəbi mövcud xüsusi şəraitlə bağlı təhlükəsizlik məsələləridir”, – deyə Bahreini bildirib.
Məlumata görə, ABŞ kəşfiyyat xidmətlərinin keçirdiyi xüsusi brifinqlər zamanı İran liderinin “yoxa çıxması” məsələsi bir neçə dəfə müzakirə olunub. Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, Ağ Evin milli təhlükəsizlik komandası Tehranda vəziyyətə faktiki olaraq kimin nəzarət etdiyini müəyyənləşdirməyə çalışır.
Xatırladaq ki, martın 19-da ABŞ-ın milli kəşfiyyat direktoru Tulsi Gabbard Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Müctəba Xamenei İsrailin hava zərbəsi nəticəsində ağır yaralanıb.
KİV-də həmçinin İranın ali liderinin yaralandıqdan sonra müalicə üçün Rusiyaya aparıldığına dair iddialar yayılıb. Lakin İranın Rusiyadakı səfiri Kazım Cəlili bu məlumatları təkzib edib.
Bizim.Media































































































