SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ– VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ– VİDEO

603704

Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrail istiqamətində ballistik raket ataraq müharibəyə qoşulduqlarını faktiki olaraq nümayiş etdiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Independent Persian” nəşri məlumat yayıb.
 

Məlumata görə, buraxılan raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail ordusu hücumun qarşısının uğurla alındığını və itkilərin olmadığını açıqlayıb.


Bu, hazırkı münaqişə dövründə Yəmən ərazisindən İsrailə edilən ilk hücum kimi dəyərləndirilir.

Qeyd edək ki, Husilər daha öncə İrana qarşı hücumların davam edəcəyi təqdirdə əməliyyatlarının coğrafiyasını genişləndirəcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin